RU
Xınalıq yolunda qar uçqunu oldu
15:42
406

Xınalıq yolunda qar uçqunu oldu

Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub.

Yolun 35-ci kilometrliyinə qaya parçası düşüb."Azəravtoyol” ASC-nin 6 saylı idarəsinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə qaya parçası yoldan götürülüb. Yolun 36-37-ci km-də isə qar uçqunu qeydə alınıb. Yol qardan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub.

Qeyd edək ki, ötən gün yolun 23-cü kilometrliyinə qaya parçası düşmüşdü. Yol müvəqqəti bağlanmışdı./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ