“Bu, son 10 ilin ən güclü qarıdır”.
Quba rayonunun Xınalıq kəndində Rüfət Kəlbiyev adına internat tipli tam orta məktəbin damı çöküb.
Buna səbəb güclü qar yağmasıdır. Hadisə qeyri-dərs gününə təsadüf etdiyindən xəsarət alan olmayıb.
Məktəbin direktoru Ənvər Məmmədov bildirib ki, damın təxminən 20 faizi çöküb:
“Bu, son 10 ilin ən güclü qarıdır”.
Qeyd edək ki, Quba-Xınalıq yolu 6 gündür bağlıdır. Son bir ayda həmin yol güclü qar yağması səbəbindən beş dəfə bağlanıb./report
7news.az








