RU
Xırdalanda mənzildə 50 yaşlı kişinin meyiti tapılıb
19:00
653

Xırdalanda mənzildə 50 yaşlı kişinin meyiti tapılıb

Abşeron rayonunda mənzildə kişi meyiti tapılıb.

7NEWS.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əfəndiyev Nofəl Ağamala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ