RU
Xırdalanda pivə şirkətində ŞOK CİNAYƏT - 38 min manatlıq içkini...
12:45
431

Xırdalanda pivə şirkətində ŞOK CİNAYƏT - 38 min manatlıq içkini...

Xırdalanda külli miqdarda dəyəri olan pivə oğurlanıb.

 Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olmuş müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd "Falken” pivəsinə aid çəlləyin oğurlanması bildirilib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ