Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.
7news.Az "Report"a istinadən xəbər verir ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.
Nəticədə onların hər ikisi zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


7news.Az








