Xırdalan şəhərinin su təchizatında problem yaranıb.
7news.az APA-ya istinadən xəbər verir ki, bu günün ikinci yarısında Qalubiyyə küçəsindəki 400 mm diametrli su borusunun partalaması nəticəsində Abşeron rayonunun inzibati mərkəzi olan şəhərin böyük hissəsi susuz qalıb.
"Azərsu" ASC-nin Qəza xidmətindən bildirilib ki, qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər görülür: "Ən yaxşı halda, su təchizatı sabah bərpa olunacaq".
7news.az








