Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı iki nəfər Yanıq Mərkəzinə yerləşdirilib.
Bu barədə Yanıq Mərkəzindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayış olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur.
***
AAAF Park Yaşayış Kompleksindəki yaşayış binalarından birində partlayış baş verib.
Hadisə Abşeron rayonu Xırdalan şəhərində yerləşən kompleksin 25 saylı küçəsinin 11 saylı binasının ikinci mərtəbəsində qeydə alınıb
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Baş Yanğın Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikaları, eləcə də polis və təcili tibbi yardım briqadası cəlb edilib.
Ətraflı məlumat veriləcək./manset








7NEWS.Az








