RU
Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyəti - AÇIQLAMA
11:22
197

Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyəti - AÇIQLAMA

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində yaralılardan bəziləri evə buraxılıb.

Bu barədə 7News.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

"Emil Əliyev, Arif Hüseynov, Musayev Firudin, Simayə Ələzova və Xədicə Şükürzadə evə buraxılıblar”, - deyə qeyd edilib. 

 

TƏBİB-dən qeyd edilib ki, Vüsal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı bir nəfər ölüb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ