Azərbaycanın milli-mədəni irsinin qorunmasında və təbliğində Milli Azərbaycan Tarixi Muzeyində mühaizə olunan eksponatlardan biri də XIX əsr Quba sənətkarlığına məxsus Külə-Tat qadın geyim bəzəyidir.
Əl işi olan geyim bəzəyi qırmızı və göy rəngli ipək parçadan üçkünc formada tikilib, ətrafına metal sərmə, güləbətin bafta və kiçik rəngli parçalardan tikmə salınıb. Bu növ qadın geyim bəzəkləri maddi mədəniyyətin digər nümunələrindən daha çox xalqın milli xüsusiyyətini əks etdirir.
Eksponatın bərpaya ehtiyacı olduğundan Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı İ.Rəhimova tərəfindən ənənəvi üsullarla bərpa olunub və əvvəlki görkəminə qaytarılıb.//cebhe.info









