RU
Xizəkçinin başına
15:52
233

Xizəkçinin başına

Xizək sürmə üzrə dörd qat dünya çempionu olan Marsel Hirşer İtaliyada keçirilən çempionatda xoşagəlməz vəziyyətlə üzləşib. Bütün diqqətini yarışa cəmləyən və sürətlə finiş xəttinə doğru irəliləyən idmançının başına az qala uçan kamera düşüb.

Canlı yayım kameralarının obyektivindən qaçmayan olayda, kvadrokopterin xizəkçinin yaxınlığında sürətlə yerə çırpıldığı öz əksini tapır. Zərbənin şiddətindən uçan aparat və kamera parça-parça olub. Çəkiliş məqsədi ilə istifadə olunan qurğu, xizəkçinin başına düşəcəyi təqdirdə, ona xəsarət yetirə və çempionatı yarıda dayandırmasına səbəb ola bilərdi. Ancaq bütün bunlar, bir saniyədən də az bir fərqlə, baş verməyib.

Hirşer nə baş verdiyini yarışdan sonra öyrənib. Yoluna davam edən idmançı, çempionatı 2-ci sırada tamamlayıb. Birinci yerə Norveçli Henrik Kristofersen çıxıb./atv

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ