RU
Xızıda məktəbdə direktorun meyiti tapılıb, araşdırma aparılır
12:20
126

Xızıda məktəbdə direktorun meyiti tapılıb, araşdırma aparılır

Xızı rayonunda 65 yaşlı kişinin meyiti direktor işlədiyi məktəbdən tapılıb.

 1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun ölüm səbəbi hələ ki məlum deyil.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib, aidiyyəti qurumlara məlumat verilib:

"Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq".

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ