RU
“Xocalı faciəsi, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir” - Elşən Musayev
09:11
41

“Xocalı faciəsi, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir” - Elşən Musayev


"Xocalı faciəsi, bizim qan yaddaşımızdır. Xocalı faciəsi, insanlığa qarşı törədilmiş ən böyük, ən dəhşətli soyqırımlardan, cinayətlərdən biridir. Xocalı faciəsi, zülmün, amansızlığın, vəhşətin bariz nümunəsidir” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"613 günahsız insan bu soyqırımda həyatını itirdi və onların içində qadınlar, uşaqlar da vardı.

Bəli. Biz həmin tarixi canlı yaşamışıq, acısını da daim içimizdə, qəlbimizdə hiss etmişik. Amma heç zaman unutmamışıq və unutmayacayıq.

Və bu gün tək təsəllimiz odur ki, Xocalı artıq azaddır, Xocalı yenidən bizimdir, Xocalı öz əzəli sahibindədir. Müzəffər Ali Baş Komandanımızın sayəsində. Qəhrəman Ordumuzun sayəsində. Azərbaycan xalqının öz Lideri ilə birliyinin, həmrəyliyinin, vəhdətinin sayəsində.

Tanrı şəhidlərimizə qəni - qəni rəhmət eləsin.

Tanrı xalqımızı və müdrik, cəsur Prezidentimizi qorusun.” – deyə Partiya sədri fikirlərinə davam edib.
 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ