Xocalı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar Goranboy rayonu Ağcakənd qəsəbəsi ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir. 7NEWS.az-ın verdiyi məlumata əsasən reydlər zamanı karantin rejiminin tələblərini pozan, tibbi maska və digər zəruri tədbirlərə laqeyd yanaşan sürücü və sərnişinlər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.










