Xocalı soyqırımı cinayətkarı Vitali Balasanyan Ermənistana qaçıb.
Bu barədə Ermənistanın nüfuzlu "Pastinfo” nəşri məlumat yayıb.
Nəşrin məlumatlı mənbəsinin verdiyi məlumata görə, hazırda Vitali Balasanyan Ermənistandadır, guya ürəyində ciddi problem var və həkimlərin nəzarəti altındadır.
"Digər təfərrüatlar hələlik məlum deyil", - deyə nəşr əlavə edib.
Qeyd edək ki, Ermənistanın "Aravot.am” nəşri dünən yayılan (daha öncə çəkilmiş) videogörüntülərə əsasən Vitali Balasanyanın Azərbaycan sərhəd-buraxılış məntəqəsini keçməyə cəhd edib-etmədiyini dəqiqləşdirməyə çalışıb.
Nəşr qeyd edib ki, Balasanyan tutulmayıb: "Mənbəmiz video yayılandan 10 dəqiqə sonra Balasanyan ilə əlaqə saxlayıb və o, gülərək deyib ki, hələ də sağdır və tutulmayıb. Video isə, mənbəmizin bildirdiyinə görə, köhnə videodur. Qısa olduğu üçün videonun nə zaman, harada və hansı şəraitdə çəkildiyini dəqiq söyləmək çətindir".
Qeyd olunanları ümumiləşdirsək belə nəticəyə gəlmək olar ki, Vitali Balasanyan hələ də Qarabağdadır, lakin onun DTX-nin Arayik Harutyunyanla bağlı yaydığı videogörüntülərindən sonra qorxaraq, ürək ağrısını bəhanə edərək Ermənistana qaçması da istisna edilmir.
Xatırladaq ki, 1992-ci ilin fevralında Xocalı şəhərində törədilmiş soyqırımı işilə bağlı Azərbaycanda Balasanyana qarşı cinayət işi qaldırılıb. O, Xocalıda 600-dən çox dinc sakininin ölümünə səbəb olan hərbi cinayətkarlardan biri sayılır.








