7News.az-ın bidirdiyinə görə, məsələylə bağlı azxəbər.com-a açıqlama verən Milli Məclisin intizam komitəsinin rəhbəri, deputat Ağacan Abıyev münasibət bildirib. O, "gülən deputat”ların Milli Məclisə çağırılacağını və lazımı tədbirin görüləcəyini söyləyib.
"Biz onları çağırıb söhbət edəcəyik. Bu cür şeylərə yol vermək olmaz. Əgər bu təsdiqlənərsə, qaydalara uyğun cəzalanacaqlar”.
Qeyd edək ki, bir neçə gündür bütün sosial şəbəkələrdə adıçəkilən deputatların belə önəmli tədbirdə özlərini apara bilməmələri, protokol qaydalarına əməl etməmələri insanların sərt reaksiyasına səbəb olub.//big
7News.az








