RU
Xocalıya dair film və kitabın təqdimatı oldu
21:32
2113

Xocalıya dair film və kitabın təqdimatı oldu

Fevralın 22-də Afinadakı “İdeal Cinema” kinoteatrında ABŞ və Litva kinematoqrafçıların birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Endless Corridor” (“Sonsuz Dəhliz”) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Yunanıstandakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş anım gecəsi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilib. 

Yunanıstanın ictimai-siyasi xadimləri, diplomatlar və mətbuat nümayəndələri də daxil olmaqla 120 nəfərlik auditoriya qarşısında çıxış edən Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev deyib:

“Sizdən, Yunanıstan xalqından “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına dəstək verməyinizi rica edirəm. Gərək biz hamımız milli şovinizm ideologiyasına qarşı birgə mübarizə aparaq. Bu, faciəvi hadisələrə siyası qiymətin verilməsi, təkcə qətlə yetirilmiş və yaralanmış azərbaycanlıların xatirəsi üçün vacib deyil. Bu, dünya ictimaiyyətinin bu cür faciələrin bir daha təkrarlanmasına yol verməməyi üçün vacibdir ”, - deyə azərbaycanlı diplomat vurğulayıb.

“Sonsuz Dəhliz” in litvalı rejissoru Aleksandras Brokas filmin yaranması barədə danışaraq məlumat verib ki, layihənin ideyası onun litvalı həmkarı hərbi jurnalist Riçard Lapaitis və rusiyalı jurnalist Viktoriya İvlevanın Xocalı qətliamında sağ qalmış iki şəxslə görüşmək üçün Azərbaycana yenidən qayıdışından sonra ortaya çıxıb. 

Filmin fasiləsi zamanı həmçinin “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı olub.

Kitabın redaktoru İan Peart kitabında qurbanların günahsızlığı haqda yazıb, beynəlxalq ictimaiyyəti faktlarla təmin edib: “Ümid edirəm ki, bu kitabı oxuyandan sonra insanlar özlərinə sual edəcəklər: “Kömək etmək üçün mən nə edə bilərəm?”.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra, “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də, ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.

Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin“Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.

7news.Az

 

Xocalıya dair film və kitabın təqdimatı oldu - Afinada
Xocalıya dair film və kitabın təqdimatı oldu - Afinada
Xocalıya dair film və kitabın təqdimatı oldu - Afinada
Xocalıya dair film və kitabın təqdimatı oldu - Afinada

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ