RU
Xocavənddə 7 avtomat, 2 qumbara tapılıb
14:30
65

Xocavənddə 7 avtomat, 2 qumbara tapılıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları rayon ərazisində 7 avtomat, 2 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edərək götürüb.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ