RU
Xocavənddə avtobus qəzasında yaralanan 16 nəfər Bakıya təxliyə edilib
11:20
119

Xocavənddə avtobus qəzasında yaralanan 16 nəfər Bakıya təxliyə edilib

Ötən gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.

Füzuli Rayon Mərkəzi Xəstəxanasından (RMX) 7News.Az-a verilən məlumata görə, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ