Polis əməkdaşları düşmənin daha bir hərbi mövqeyindən sursat aşkar ediblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 7News.Az-a verilən məlumata görə, Xocavənd rayonu ərazisində düşmənin tərk etdiyi hərbi mövqelərdən xeyli sayda döyüş sursatları aşkar edilib. Polis əməkdaşları rayonun Məmməddərə kəndi ərazisində daha 28 qəlpəli top və 2 tank mərmisi götürərək aidiyyəti üzrə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.









