RU
Xocavənddə təhlükəsizlik gücləndirilir - Rayon ərazisində postlar qurulub - FOTO
13:34
224

Xocavənddə təhlükəsizlik gücləndirilir - Rayon ərazisində postlar qurulub - FOTO

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 7News.Az-a verilən məlumata görə, Xocavənd rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.

Rayonun ərazisində xidməti postlar qurulub və təhlükəsizliyə tam olaraq nəzarət edilir.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ