RU
Xocavənddə tikinti şirkətinin avtobusu qəzaya düşdü - Yaralılar var
11:10
169

Xocavənddə tikinti şirkətinin avtobusu qəzaya düşdü - Yaralılar var

Bu gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 7News.Az-a verilən məlumata görə, qəza Xocavənd rayonu ərazisində baş verib.

Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var.

Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ