RU
Xocəsəndə avtomobil iki piyadanı vurub, biri ölüb
10:20
48

Xocəsəndə avtomobil iki piyadanı vurub, biri ölüb

Xocəsəndə avtomobil iki piyadanı vurub.

Şamo Məmmədov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə piyadalar - Yadulla Zeynallı və Elxan Mirzəyevi vurub.

Hər iki piyada xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Yadulla Zeynallı ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ