Türkiyə və Xorvatiya komandaları arasında keçirilən “Avro-2016”nın oyununda xorvatların futbolçusu Vedran Çorluka zədə alıb.
30-cu dəqiqədə Cenk Tosunla top uğrunda mübarizə zamanı Çorlukanın başı yarılıb.
Qısa müddətə meydandan kənara çıxan futbolçu başına sarğı qoyulduqdan sonra yenidən oyuna daxil olub və matçı davam etdirib./qol.az
7news.Az








