RU
Xorvatiya ərazisinə keçən miqrantların sayı 17 mini ötüb
00:55
251

Xorvatiya ərazisinə keçən miqrantların sayı 17 mini ötüb

Macarıstandan Xorvatiya ərazisinə keçən miqrantların sayı 17 mini ötüb, onlardan 3 500-ü cümə günü ölkəyə gəlib.
Bu barədə Xorvatiya daxili işlər nazirliyinin məlumatında bildirilir.

Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç bəyan edib ki, qaçqın böhranı davam etməkdədir: “Yaxın saatlarda insan axınının güclənməsi ehtimal olunur”.

Qeyd edək ki, Macarıstan hökumətinin Serbiya ilə sərhəddə tətbiq etdiyi sərt tədbirlər miqrantları Serbiya-Xorvatiya sərhədinə üz tutmağa vadar edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ