RU
Xorvatiyada Coca-Cola məhsulları bu səbəbdən rəflərindən çəkilir
17:10
85

Xorvatiyada Coca-Cola məhsulları bu səbəbdən rəflərindən çəkilir


34 nəfər zəhərləndiyi iddiası ilə Riyeka şəhərində xəstəxanaya müraciət edib. Coca Cola Xorvatiya nümayəndəsi bəzi məhsulları bazar rəflərindən geri çəkməyə qərar verdiklərini açıqladı.

7NEWS.az xəbər verir ki, Riyekada baş verən hadisədən sonra ölkə üzrə 34 nəfərin müvafiq markanın içkisindən zəhərləndiklərini əsas gətirərək xəstəxanaya müraciət etdiyi bildirilib. Coca Cola Xorvatiya nümayəndəsi açıqlamasında insan sağlamlığına mənfi təsir edəcək bir vəziyyət yaratmaq istəmədiklərini və zəhərlənmə halları ilə əlaqəli olduğu iddia edilən məhsulları bazar rəflərindən geri çəkməyə qərar verdiklərini bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ