Xorvatiyanın Daruvar şəhərində qocalar evinə silahlı hücum nəticəsində 5 nəfər həyatını itirib.
7NEWS.az xəbər verir ki, Daruvar şəhərindəki qocalar evinə silahlı şəxsin hücum etdiyi xəbəri alan polis qrupları hadisə yerinə gedib. Polis 20 nəfərin qaldığı qocalar evinə girən hücumçunun 5 nəfəri öldürdüyünü, çoxlu sayda insanın yaralandığını açıqlayıb. Yerli media hücumdan sonra saxlanılan hücumçunun 51 yaşlı təqaüdçü hərbçi və qocalar evinin sakinlərindən birinin qohumu olduğunu bildirib.
7NEWS.az








