"Axtarıram səni" və "Sən tək deyilsən" verilişləri bağlandıqdan sonra gündəmdən uzaqlaşan aparıcı Xoşqədəm Hidayətqızı efirə qayıdıb.
Aparıcının "Deməsək olmaz" adlı yeni verilişi ANS-də yayımlanır. İlk proqram dünən efirə gedib. X.Hidayətqızı ilk olaraq 9 noyabr Bayraq günü münasibətilə tamaşaçıları təbrik edib: "Tamaşaçıların görüşünə gəlməkdən böyük xoşbəxtlik yoxdur. Bu gün həm də özəl bir gündür. Bayraq günümüzü qeyd edirik. Hər kəsin bayramı mübarək olsun"./axsam
7news.az








