RU
Xudatda avtomobil ağaca çırpılıb: Dörd nəfər xəsarət aldı
18:00
962

Xudatda avtomobil ağaca çırpılıb: Dörd nəfər xəsarət aldı

Xudat-Nabran avtomobil yolunun giriş hissəsində VAZ-21015 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində Xudat şəhər sakinləri, 2003-cü il təvəllüdlü İskəndərov Fuad Murad oğlu, 2001-ci il təvəllüdlü Səfərov Rəvan Ramin oğlu, 2005-ci il təvəllüdlü Əlihəsənov Rövşən Hüseyn oğlu və 2005-cü il təvəllüdlü Musayev Vüqar Faiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ