RU
Xudatda şərab sexində partlayış
21:00
612

Xudatda şərab sexində partlayış

Xudat şəhərində partlayış qeydə alınıb.

Hadisə bu gün "Azərşərab” MMC-nin Xudat şəhərində yerləşən şərab sexində qeydə alınıb. Ümumi sahəsi 2000 kvadrat olan müəssisənin 100 kvadratmetrlik hissəsində olan partlayış nəticəsində müəssisənin bir divarı və yaxınlıqda yerləşən "Xudat” MMC-yə məxsus limonad sexinin 3 divarı uçub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Partlayışdan sonra əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Partlayışın səbəbləri araşdırılır./apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ