RU
Xüsusi xidmət orqanlarının ən çox üstünlük verdiyi heyvan: Pişiklər
15:10
396

Xüsusi xidmət orqanlarının ən çox üstünlük verdiyi heyvan: Pişiklər

Moderator.az xəbər verir ki, zamanla xüsusi xidmət orqanları hansısa məlumatları əldə etmək üçün heyvanlardan da istifadə ediblər. Onların arasında balina, yarasa, böcəklər, meymunlar və pişiklər də var.

Pişiklərlə bağlı bildiyimiz bir şey varsa o da onların istədiyi şeyi istədikləri zaman etmələridir. Nə düşündüklərini və sonrakı addımlarını əsla təxmin etməyən pişiklər xüsusi xidmət orqanlarının ən çox üstünlük verdiyi heyvanlardır.

Bildirilir ki, 1960-ci ildə 14 milyon dollarlıq layihə çərçivəsində ABŞ tərəfindən pişiklərin üzərinə dinləmə cihazı yerləşdirilib. Rus kəşfiyyatına girərək səssiz-səmirsiz hər şey dinləyə bilən pişiklərdən birinin ölməsi zamanı hər şeyin üstü açılıb. Belə ki, ABŞ-dakı Sovet Rusiyası səfirliyinin qarşısında bir avtomobil tərəfindən pişiyin vurulması nəticəsində məlum olur ki, onun üzərində dinləmə cihazı var. Baş verən qəzadan sonra bu əməliyyat uğursuzluqla nəticələnib.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ