Ukrayna büdcəsindən Krım Tatar Məclisinin maliyyələşdirilməsi üçün 60 milyon qrivna ayrılacaq.
7news.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında ölkənin Baş naziri Arseni Yaçenyuk söyləyib.
Qeyd edək ki, bir müddət öncə məşhur biznesmen Lenur İslyamov Ukrayna ordusunun tərkibində Krım tatar batalyonunun yaradılacağını bəyan edib. O, bu batalyona Türkiyə Müdafiə Nazirliyinin maliyyə dəstəyi verəcəyini bildirib.
7news.az








