RU
“Yahoo” satıldı
09:54
2080

“Yahoo” satıldı

ABŞ-ın telekommunikasiya şirkəti “Verizon”, internet məzmun təminatçısı “Yahoo”nu 4,83 milyard dollara satın alıb.

7News.Az Fins.az-a istinadən xəbər verir ki, iki şirkət arasındakı razılaşmaya görə, “Yahoo”nun adı dəyişəcək və şirkət ictimaiyyətə açıq bir investisiya şirkəti olacaq.

“Verizon” “Yahoo”nu AOL ilə birləşdirəcək.

“Verizon”dan verilən açıqlamaya görə, satınalmanın 2017-ci ilin ilk rübdə başa çatdırılması gözlənilir. Müqaviləyə əsasən, Yahoo Alibaba, Yahoo Japan səhmləri və patentlər adını dəyişdirəcək “Yahoo”da qalmaqda davam edəcək.

Beləliklə, 1994-ci ildə Jerry Yang və David Filo tərəfindən əsası qoyulan “Yahoo” yaradılmasından 22 il sonra satılmış oldu.

“Yahoo” illər ərzində 5,7 milyard dollarlıq “Broadcast.com” və 3,6 milyard dollarlıq “Geocities” kimi satınalmalara da imza atmışdı.

“Yahoo” “Google”ın rəhbərliyindən transfer etdiyi Marissa Mayer ilə “Tumblr” və “MessageMe” kimi gənclərə yönəlmiş satınalmalarla “təzə qan” axtarışına getmişdi.

ABŞ-ın ən böyük kabelsiz telekommunikasiya xidmətləri təchizatçısı “Verizon AOL” geniş bir xidmət spektrinə malikdir.

Bu satınalma ilə “Yahoo”nun axtarış, məzmun, mobil və reklam departamentlərinin sahibi olan “Verizon”, bununla da rəqəmsal media sahəsində mühüm bir addım atır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ