RU
Yağıntılar davam edəcək
13:32
364

Yağıntılar davam edəcək

Şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sabah hava şəraitinin yağıntılı olacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın şimal və şərq rayonlarında sabah hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, dekabrın 5-i gündüzdən 7-nə qədər Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ