RU
Yağışlar davam edəcək
14:33
376

Yağışlar davam edəcək

Bakı və Abşeron yarımadasında oktyabrın 23-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz dəyişkən buludlu olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ