RU
Yalçın Adıgözəlovun doğum günüdür
11:30
1413

Yalçın Adıgözəlovun doğum günüdür

Bu gün bəstəkar, xalq artisti Yalçın Adıgözəlovun doğum günüdür. Yalçın Adıgözəlov 1959-cu ildə Bakıda anadan olub.

7News.az xəbər verir ki, o, 1982-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano ixtisası üzrə professor Rauf Atakişiyevin sinfində təhsil alıb.

1983-cü ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasına dirijorluq ixtisası üzrə daxil olub. 1984-1989-cü illərdə Leninqrad konservatoriyasında opera simfonik dirijorluğu ixtisası üzrə maestro İ.A. Musindən dərs alıb.

1991-ci ildən 1998-ci ilədək Yalçın Adıgözəlov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

2001-ci ildən maestro Adıgözəlov böyük opera teatrlarından biri olan İstanbul opera və balet teatrının dirijorudur.

1997-ci ildən pedaqoji fəaliyyətlə məşğul olur, Bakı Musiqi Akademiyasının dosentidir.

2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun "Natəvan" operasının musiqi rəhbəri və dirijor olub. Mütamadi olaraq konsertlərlə çıxış edir.

O, 2012-ci ildə  Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ