İndoneziyada görünməmiş hadisə baş verib. Yerli polislərlə üz-üzə gələn fransalı keçmiş MMA döyüşçüsü Kiane Sabe onlara inanılmaz müqavimət göstərib.
Hadisə mayın 2-də baş versə də, həmin kadrlar sosial şəbəkələrdə yalnız bu gün yerləşdirilib. Kadrlardan da göründüyü kimi, polislər özündən çıxmış idmançının hücumunun qarşısını ona aramsız atəş açmaqla ala biliblər. Yalnız 20-ci güllədən sonra Kiane Sabet dünyasını dəyişib.
Qaydasız döyüşlər üzrə keçmiş çempion Amokran Sabe qeyri-adi həyat tərzi sürüb. Restoranlarda dava salır, yeyib-içdiyinin pulunu ödəmirmiş. Polislər təhlükəsizlik məqsədi ilə onu məhv etməklə kifayətləniblər.//milli.az
7News.az










