RU
Yanacaq-enerji balansının proqnoz göstəriciləri hazırlanıb
19:30
823

Yanacaq-enerji balansının proqnoz göstəriciləri hazırlanıb

Sənəd Nazirlər Kabinetinə göndərildi.

Energetika nazirliyində "Azərbaycan Respublikasının 2017-ci il üçün Yanacaq-Enerji balansı”nın proqnoz göstəricilərinə dair müzakirələr aparılıb.

Energetika nazirliyindən 7news.Az-a verilən məlumata görə, Nazirlər Kabineti, İqtisadiyyat nazirliyi, "Azərenerji” ASC və SOCAR-ın nümayəndələrinin iştirakı ilə ölkədə neft-qaz hasilatı, elektrik enerjisinin istehsalı, ixrac-idxal imkanları təhlil edilib və gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müəyyənləşdirilib.

Qeyd olunub ki, yanacaq-enerji balansının proqnoz göstəriciləri tərtib olunarkən ölkəmizin enerji resurslarına olan tələbatının tam ödənilməsi, idxaldan asılılığa son qoyulması, enerji təhlükəsizliyinin, yanacaq-enerji kompleksinin etibarlı və fasiləsiz işinin təmin edilməsi kimi daxili enerji siyasətinin mühüm istiqamətləri əsas götürülüb.

Sənədin təsdiq üçün Nazirlər Kabinetinə göndərilməsi qərara alınıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ