Yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kamerasına düşən görüntülər dəhşətə gətirir.
7News.Az nypost-a istinadla xəbər verir ki, görüntülərdə yanacaqdoldurma məntəqəsində "pick-up" tipli avtomobili ilə dayanan iki qadın və 11 yaşlı qız uşağının dayanacaqdakı iki oğlanın hücumuna məruz qalması əks olunub.
İki nəfər qadınlara hücum edərək onları yumruqlayıb, döyüblər. Sonra da avtomobilin arxasındakı qızı sürüyüblər.
Hadisədən sonra iki nəfər saxlanılıb.
Florida ştatında baş verən hadisənin səbəbi bilinmir.
7News.Az










