Tehranda "Plasko" ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir.
Dağıntılar altında yanğınsöndürənlərlə yanaşı, ticarət mərkəzində çalışan insanlar da qalıblar.
Çökmüş binanın ətrafında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirlikləri boşaldılıb.
Tehran əyalətində fövqəladə vəziyyət elan edilib, xilasetmə işlərinə ordu cəlb olunub. İtlər vasitəsi ilə dağıntılar altında qalanların axtarışı davam etdirilir.
Mümkün qaz partlayışlarının qarşısını almaq məqsədi ilə bölgədə qazın verilişi dayandırılıb. Xəsarət alanların sayının 70 nəfər olduğu bildirilir. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib.
---------
13:45
Dəhşətli hadisədə 30 yanğınsöndürən həlak olub.
----------
13:08
İranın paytaxtı Tehrandakı 17 mərtəbəli binada yanğın baş verib.
Yanğın nəticəsində şəhərin mərkəzindəki Plasco binası uçub.
İlkin məlumata görə, 38 yaralı var.
Qeyd edək ki, çökən bina İranın ən köhnə hündürmərtəbəli binası idi.//milli.az
7News.az












