Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbərov Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
7News.az xəbər verir ki, prosesdə zərərçəkən Zaur Mustafayev, xilasetmə işlər zamanı zərərçəkmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Mehdi Mənsimli, Rasim Ağayev ifadə verib.
FHN əməkdaşları hadisə baş verən günü gördüklərini danışaraq, həmkarlarının yanğın zamanı yol verdiyi səhlənkarlıqlara bağlı səsləndirilən iddiaları cavab veriblər. Onlar iddiaları rədd ediblər.
Onlar öhdələrinə düşəni yerinə yetirdiklərini, su borularının binadan düşən şüşələr nəticəsində deşildiyini və susuz yanğınsöndürən maşın olmadığını deyiblər.
Z.Mustafayev bildirib ki, yanğın zamanı özünü binadan atan Yaşar Nəcəfova evini kirayə veribmiş: "Mən mənzili ona kirayəyə vermişdim. Özüm Xırdalanda qalırdım. Mən onu normal insan kimi tanıyırdım. Heç bir problem yox idi. Marketdə administrator işləyirdi. Telefonla danışırdıq. Nəsə evlə bağlı problem olanda zəng edirdi. Biz evə baxanda dəhşətə gəldik. Qızdırıcılar belə ərimişdi. Onun yerinə mən də olsa idim özümü aşağı atardım. Mən onun hərəkətlərində heç bir problem, fərqlilik görməmişəm".
Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək/report
7News.Az








