RU
Yanaraq ölən sürücünün şəxsiyyəti müəyyənləşdi
22:15
609

Yanaraq ölən sürücünün şəxsiyyəti müəyyənləşdi

Bakıda yol nəqliyyat-hadisəsi zamanı yanaraq ölən sürücünün şəxsiyyəti müəyyələşdirilib.

Müəyyən edilib ki, Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə yanan sürücü Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Azər Adıl oğlu Məmmədovdur.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə avqustun 16-da baş verib. 1980-ci il təvəllüdlü Zaur Əsgərovun idarə etdiyi “Kommunal Xidmətlər Müəsisəsi” MMC-yə məxsus MAN markalı məişət tullantıları daşıyan maşınla markası məlum olmayan avtomobil toqquşub. Yol-nəqliyyat hadisənin nəticəsində avtomobil yanıb, sürücüsü isə ölüb./report

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ