RU
“Yandex” istifadəçinin yazışmalarını dövlətə təqdim etmədi
10:05
1325

“Yandex” istifadəçinin yazışmalarını dövlətə təqdim etmədi

Dövlət orqanına informasiya təqdim etməməyə görə 3 min rubl inzibati cəriməyə məhkum edilmiş Rusiyanın “Yandex” internet şirkəti bu cəzanın ləğvinə nail olub.

7News.az-ın “Kommersant”a istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl “Yandex”ə Naxodka gömrüyündən sorğu daxil olub. Sorğuda gömrük orqanı “Yandex.Poçta” istifadəçisinin şəxsi yazışmalarını istəyib. Məktuba məhkəmə qərarı da əlavə edilib və həmin qərarda qeyd olunub ki, şübhəli şəxs öz yazışmalarında gömrük rüsumu ödənməsindən yayınmaq məsələsini müzakirə edə bilər.

Şirkət isə Rusiya Konstitusiyasında şəxsi yazışmaların gizliliyinə təminat verildiyini əsas gətirərək müraciətə mənfi cavab verib. Lakin məhkəmə bu imtinanı qanuna zidd sayıb. Şirkət məhkəməni qərarından yuxarı instansiyaya şikayət edib və öz lehinə qərar verilməsinə nail olub. Bu, “Yandex”in tarixində ilk belə haldır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ