RU
Yanğın nəticəsində ölən Könül Vəlibəylinin qızının vəziyyəti ağırdır
15:10
21

Yanğın nəticəsində ölən Könül Vəlibəylinin qızının vəziyyəti ağırdır

Ötən il Yasamalda baş vermiş yanğında vəfat edən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır.

Bu barədə Oxu.Az-a Könül Vəlibəylinin anası Mayquba Hümbətova məlumat verib.

O bildirib ki, hazırda Ləman Qulamova Türkiyədə müalicə alır:

"Nəvəmin vəziyyəti ağırdır. Bu gün yenidən əməliyyat olunacaq. Türkiyədə "Acıbadem" klinikasında müalicə alır. Yanğında tüstüdən zəhərlənən ərəfədə boğazında qida borusu deşilib, nəfəs borusunda problem var. Vəziyyətində irəliləyiş yoxdur. Beş aydır ağızdan qida qəbul etmir, yataqda yatır. Artıq bir aydır Türkiyədə xəstəxanaya yerləşdirmişik".
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ