RU
Yanğın şəhəri zülmətə bürüdü: 15 saatdır söndürə bilmirlər
12:20
13656

Yanğın şəhəri zülmətə bürüdü: 15 saatdır söndürə bilmirlər

Rusiyanın şimal paytaxtında dəhşətli yanğını söndürə bilmirlər.

Sankt-Peterburqda, maşın yağları və avtomobil ehtiyat hissələri anbarı yanır.

Xilasedicilər 10 min kvadratmetr ərazini əhatə edən yanğını 15 saatdır, ram edə bilmirlər. Binanın tavanı uçub, tüstü bir neçə kilometr hündürlüyədək qalxıb.

Tüstü əvvəlcə aşağı səviyyədə yayılıb, hətta Dairəvi yolda maşınların hərəkətinə mane olub. Sürücülər mümkün qəzalardan qaçmaq üçün sürəti azaldıblar. Həmçinin tüstü yaxınlıqdakı qəsəbələri də bürüyüb. Hazırda ərazidə yanğınsöndürənlərlə yanaşı kimyəvi təhlükəsizlik üzrə mütəxəssislər də işləyirlər.

Bildirilir ki, xəsarət alan yoxdur. Güclü külək səbəbindən alov tez yayılıb. Yanğınsöndürənlər əsas qüvvəni yanğının lokallaşdırılmasına, ətraf tikililərə keçməməsinə yönəldiblər.

Yanğını söndürmək üçün əraziyə vertolyot da göndərilib.

İlkin versiyaya görə, yanğına qısaqapanma səbəb olub./milli

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ