RU
Yanğın vaxtı tapdıqları bir qutu qızılı sahibinə verdilər - Video
13:19
22

Yanğın vaxtı tapdıqları bir qutu qızılı sahibinə verdilər - Video

Gədəbəy rayonunun Parakənd kəndində yerləşən evdə yanğın hadisəsi baş verib. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə kənd sakini Qismət Cabbarlıya məxsus evdə olub. 

Hadisə ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar. 

Qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər. 

Qeyd edək ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ