RU
Yanğının söndürülməsinə 5 gəmi cəlb olunub
10:05
362

Yanğının söndürülməsinə 5 gəmi cəlb olunub

Bu gün səhər saatlarından hava şəraitinin pis keçməsinə baxmayaraq, yanğın baş verən "Günəşli" yatağında Fövqladə Hallar Nazirliyinin helikopterləri və AZAL-ın helikopterləri ilə axtarışlar davam etdirilib.

Bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

B.Ağarəhimov bildirib ki, təəssüflər olsun ki, axtarışlar bir nəticə verməyib.

O qeyd edib ki, hava şəraitinin pis keçməsi ilə əlaqədar sualtı axtarış işləri dayandırılıb: “Hazırda küləyin sürəti 18-23 metrə çatır. Bu şəraitdə sualtı axtarışlar təhlükəlidir”.

B.Ağarəhimov deyib ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir: “Yanğının söndürülməsinə 5 gəmi cəlb olunub”./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ