2016-cı ilin yanvar ayının pensiyaları vaxtından əvvəl veriləcək.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, fond yanvar ayının pensiyalarının maliyyələşdirilməsini başa çatdırıb: "Ötən ilin yekunları üzrə fondda təqribən 107 milyon manat məbləğində sərbəst vəsaitin yarandığını nəzərə alaraq sosial sığortadan ayrılmalar üzrə daxilolmaları gözləmədən pensiyaların verilməsinə başladıq". /trend
7News.Az








