RU
Yanvarda Azərbaycanda 10 nəfər minaya düşüb - 5 nəfər həlak olub
16:00
138

Yanvarda Azərbaycanda 10 nəfər minaya düşüb - 5 nəfər həlak olub

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyət göstərir.

7News.Az xəbər verir ki, rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin yanvar ayında 9 hadisə nəticəsində 10 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır. Nəticədə üç hərbçi və iki  mülki şəxs həlak olmuş,  dörd mülki şəxs və 1 hərbçi yaralanmışdır.

2021-ci ilin yanvar ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Füzuli, Ağdam, Tət-tər, Gubadlı, Cəbrayıl və Qaradağ rayonlarının ərazisində baş vermişdir.   

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ