Сari ilin yanvar ayı ərzində Azərbaycanda narkotiklərə görə saxlanılan xarici vətəndaşların sayı açıqlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından 7NEWS.Az-a bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır.
Onların 6-sı İran İslam Respublikası,1-i Türkiyə vətəndaşı olub.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 87 kq 663,15 qr və 2115 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb.
7NEWS.Az







