7NEWS.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, ölkə büdcəsinin gəlirləri yanvar ayında illik bazda 76,6 faiz artaraq 2 trilyon 396 milyard rubla çatıb. Sözügedən dövrdə büdcə xərcləri 13,2 faiz azalaraq 2 trilyon 704 milyard rubl, büdcə kəsiri isə 81 faiz azalaraq 308 milyard rubl olub. Rusiyanın neft və təbii qaz gəlirləri 2024-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 58,7 faiz artaraq 675 milyard rubl, qeyri-neft və təbii qaz gəlirləri isə 84,8 faiz artaraq 1,7 trilyon rubl olub.
7NEWS.az








